- Offside
- 20:59 01.06.2026
Qadınlardan ibarət Azərbaycan 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda ilk oyununu qələbə ilə başa vurub.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yığma qrup mərhələsinin açılış matçında Madaqaskar seçməsi ilə üz-üzə gəlib və 21:13 hesablı qələbə qazanıb.
Komanda qrup mərhələsində növbəti görüşünü bu gün keçirəcək. Azərbaycan millisi Bakı vaxtı ilə saat 22:20-də Niderland yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz Dünya Kubokunda növbəti mərhələyə yüksəlmək üçün mübarizəni davam etdirir.