- Offside
- 23:33 01.06.2026
"Böyük Dəbilqə" turnirlərinin 23 qat qalibi, sabiq dünya bir nömrəsi Serena Uilyams peşəkar tennisə qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, 44 yaşlı idmançı bu barədə danışarkən turnirin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Kvins Klub turniri yeni bir səhifə açmaq üçün ideal məkan təsiri bağışlayır. Ot örtüklü kortlar mənə karyeramın ən yaddaqalan anlarını yaşadıb. Bu idman növünün ən möhtəşəm arenalarından birində yenidən yarışlara qayıdacağım günü səbirsizliklə gözləyirəm", - deyə Uilyams bildirib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək nüfuzlu ot örtüklü turnirin təşkilatçıları amerikalı tennisçinin 2026-cı ildə yarışın qoşa oyunlar kateqoriyasında çıxış edəcəyini açıqlamışdılar.
Əlavə edək ki, Londonda keçiriləcək turnir 8-14 iyun tarixlərini əhatə edəcək.