2 iyun 2026. Çərşənbə axşamı

Kanadalı tennisçi “Rolan Qarros”da 1/4 finala yüksəldi


  • Offside
  • 23:30 01.06.2026
  • Oxunma sayı: 28
Kanadalı tennisçi “Rolan Qarros”da 1/4 finala yüksəldi

Dünya reytinqində 6-cı yerdə qərarlaşan kanadalı tennisçi Feliks Oje-Aliasim “Rolan Qarros” turnirinin 2026-cı il buraxılışında 4-cü mərhələdə Çili təmsilçisi Alexandro Tabilonu məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, görüş 2 saat 8 dəqiqə davam edib və 6:3, 7:5, 6:1 hesabı ilə kanadalı idmançının xeyrinə başa çatıb.

Matç ərzində Oje-Aliasim 17 dəfə eys edib, 2 ikiqat səhvə yol verib və qazandığı 6 breykbol şansından 5-ni reallaşdırıb. Tabilo isə 5 eys etsə də, 2 ikiqat səhv edib və əldə etdiyi 3 breykbol imkanından heç birini istifadə edə bilməyib.

Növbəti mərhələdə kanadalı tennisçi italiyalı Flavio Kobolli ilə qarşılaşacaq.







Offside