- Offside
- 23:33 01.06.2026
Dünya reytinqində 105-ci pillədə qərarlaşan italiyalı tennisçi Matteo Berrettini “Rolan Qarros” turnirinin 1/8 final mərhələsində argentinalı Xuan Manuel Kerundolo ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
90deqiqe.Az xəbər verir ki, görüş 2 saat 29 dəqiqə davam edib və 6:3, 7:6 (7:2), 7:6 (8:6) hesabı ilə Berrettininin xeyrinə başa çatıb.
Matç ərzində Kerundolo 16 dəfə eys edib, 4 ikiqat səhvə yol verib və qazandığı 2 breykbol şansından 1-ni reallaşdırıb. Berrettini isə 5 eys edib, 1 ikiqat səhv buraxıb və əldə etdiyi 5 breykbol imkanından 2-ni dəyərləndirib.
İtaliyalı tennisçi 1/4 finalda Matteo Arnaldi – Franses Tiafoe görüşünün qalibi ilə qarşılaşacaq.