2 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan bilyard üzrə iki beynəlxalq turnirə ev sahibliyi edəcək


  • Offside
  • 16:52 02.06.2026
  • Oxunma sayı: 36
Azərbaycan bilyard üzrə iki beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan bu il bilyard üzrə 2 beynəlxalq turnirə ev sahibliyi edəcək.

Azərbaycan  Bilyard Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatı Bakıda təşkil olunacaq.

Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq.

Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək.







Offside