2 iyun 2026. Çərşənbə axşamı

Kamandan oxatma üzrə ölkə birinciliyinə yekun vuruldu


  • Offside
  • 17:39 02.06.2026
  • Oxunma sayı: 37
Kamandan oxatma üzrə ölkə birinciliyinə yekun vuruldu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində baş tutan yarışlar çərçivəsində gənc idmançılar müxtəlif yaş kateqoriyalarında bacarıqlarını nümayiş etdiriblər.

Yarışların U-18 və U-21 kateqoriyaları üzrə qalibləri təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşib.

U-18 kateqoriyasında Zəhra Carçılı və Nurlan Rəhimli birinci, Sümeyyə Bədəlli və Sərdar Vəliyev ikinci, Yağmur Qurbanlı və Hüseyn Məhərrəmov isə üçüncü yerə layiq görülüblər.

U-21 kateqoriyasında isə Fatimə Hüseynli və Əli Qənbərli qızıl medal qazanıb. Aliyə Əliyeva və Anar Cavadzadə gümüş, Kseniya Butrik və İslam İsmayılov isə bürünc medal əldə ediblər.

U-15 yaş kateqoriyasında Sona Rüstəmli və Məhəmməd İsmayılov birinci yeri tutublar. Məryəm İbrahimli və Əhməd İsmayılov ikinci, Banu Məmmədova və Saleh Məmmədli isə üçüncü pillədə qərarlaşıblar.

Sonda müxtəlif yaş qrupları üzrə fərqlənən idmançılara mükafatlar təqdim olunub və ölkə birinciliyinə rəsmi olaraq yekun vurulub.







Offside