2 iyun 2026. Çərşənbə axşamı

“ITF Juniors J30 Baku” turnirinin qalibləri müəyyənləşdi


  • Offside
  • 17:46 02.06.2026
  • Oxunma sayı: 32
“ITF Juniors J30 Baku” turnirinin qalibləri müəyyənləşdi

Bakıda keçirilən “ITF Juniors J30 Baku” beynəlxalq tennis turnirinə yekun vurulub.

90deqiqe.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə qaliblər bəlli olub.

Oğlanların fərdi mübarizəsində Filip Smirnov birinci, Yakov Mazin isə ikinci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina qalib adını qazanıb, Yevgeniya Sklyar isə ikinci olub.

Qoşa yarışlarda da qaliblər müəyyənləşib. Oğlanların mübarizəsində Filip Smirnov və Yakov Mazin tandemi birinci yerə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas cütlüyü isə ikinci yeri tutub.

Qızların qoşa yarışında Polina Korelova və Vasilisa Marçenko birinci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə yarışı ikinci sırada başa vurub.

Qeyd edək ki, beynəlxalq turnir gənc tennisçilərin iştirakı ilə yüksək rəqabət şəraitində keçib və Bakı Tennis Akademiyası növbəti dəfə mötəbər yarışa ev sahibliyi edib.







Offside