- Offside
- 22:54 02.06.2026
Belçikanın sürətli qidalanma şəbəkələrindən birində "Real", “Çelsi” və Belçika millisinin sabiq futbolçusu Eden Hazardın şərəfinə yeni burgerlər təqdim edilib.
90deqiqe.Az xəbər verir ki, “De Eden” adlandırılan məhsul üç çeşiddə – toyuq əti, mal əti və balıq olmaqla müştərilərə təklif olunur. Yeni məhsulun reklam siması da məhz Eden Hazardın özüdür.
Bildirilib ki, menyudakı yenilik qarşıdan gələn 2026-cı il dünya çempionatı münasibətilə təqdim edilib və artıq şəbəkənin restoranlarında satışa çıxarılıb.
Xatırladaq ki, Eden Hazard bir müddətdir peşəkar futbol karyerasını başa vurub.
Onun sabiq komandası olan Belçika millisi isə Şimali Amerikada keçiriləcək dünya çempionatının qrup mərhələsində İran, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq.