3 iyun 2026. Çərşənbə

Azərbaycan avarçəkənlərindən beynəlxalq reqatada 4 medal


  • Offside
  • 12:34 03.06.2026
  • Oxunma sayı: 44
Azərbaycan avarçəkənlərindən beynəlxalq reqatada 4 medal

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində keçirilən və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan beynəlxalq reqatada uğurlu çıxış ediblər.

90deqiqe.Az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən dörd idmançının hamısı medal qazanmağı bacarıb.

İkinəfərlik kanoe qayığında çıxış edən Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə bürünc medala sahib olublar.

Kayak növündə yarışan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü isə 500 metr məsafədə üçüncü yeri tutaraq bürünc medal əldə edib. Onlar 200 metr məsafəyə yarışda daha uğurlu çıxış edərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib və gümüş medala layiq görülüblər.

Beləliklə, Azərbaycan komandası beynəlxalq reqatanı iki gümüş və iki bürünc medalla başa vurub.







Offside