- Offside
- 18:27 03.06.2026
Azərbaycanın “Gəncə” klubunun heyətində çıxış edən Olena Napalkova Ukrayna milli komandasına dəvət alıb.
Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Ukrayna yığmasının baş məşqçisi Yakub Qluşak voleybolçunun adını Millətlər Liqası və Avropa çempionatı üçün açıqlanan heyətə daxil edib.
Ukrayna millisi Millətlər Liqasının ilk həftəsində Kanadada mübarizə aparacaq. Komanda iyunun 3-dən 7-dək ABŞ, Almaniya, Yaponiya və Fransa yığmaları ilə üz-üzə gələcək.
Napalkovanın yer aldığı kollektiv Avropa çempionatında da qüvvəsini sınayacaq. B qrupunda mübarizə aparacaq Ukrayna yığması avqustun 21-27-də Çexiyada keçiriləcək oyunlarda iştirak edəcək.
Qeyd edək ki, Olena Napalkova son mövsümdə “Gəncə”nin heyətindəki çıxışı ilə diqqət çəkən voleybolçulardan biri olub.