3 iyun 2026. Çərşənbə

Azərbaycanlı stolüstü tennisçi İsveçdə beynəlxalq turnirdə çıxış edəcək


  • Offside
  • 14:16 03.06.2026
  • Oxunma sayı: 37
Azərbaycanlı stolüstü tennisçi İsveçdə beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək "WTT Youth Contender" beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

O, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.

Onur həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.







Offside