- Offside
- 02:38 04.06.2026
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma yarımfinal mərhələsində Serbiya millisi ilə üz-üzə gəlib.
“Tipos Arena”da baş tutan gərgin qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda hesab 1:1 olub.
Finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan Azərbaycan millisi rəqibini 3:1 hesabı ilə üstələyərək həlledici görüşə yüksəlib.
Qeyd edək ki, yığmamız Avropa çempionatının finalında Ukrayna millisi ilə qarşılaşacaq. Həlledici oyun iyunun 4-də keçiriləcək.