4 iyun 2026. Cümə axşamı

Fərid Qayıbov beynəlxalq arenada uğur qazanan idmançılarla görüşdü


  • Offside
  • 23:44 03.06.2026
  • Oxunma sayı: 42
Fərid Qayıbov beynəlxalq arenada uğur qazanan idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində beynəlxalq yarışlarda uğurlu çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirib.

Nazirlikdən 90deqiqe.Az-a bildirilib ki,  Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə ötən ay ərzində idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Görüş zamanı çıxış edən nazir may ayında Azərbaycan idmanının uğurlu nəticələrlə yadda qaldığını vurğulayıb. O bildirib ki, bu müddətdə Dövlət Himni 15 ölkədə səsləndirilib.

Fərid Qayıbovun sözlərinə görə, idmançılarımız ötən ay beynəlxalq yarışlarda 70 qızıl, 58 gümüş və 103 bürünc olmaqla, ümumilikdə 231 medal qazanıblar.

Daha sonra müxtəlif idman növləri üzrə çıxış edən idmançılar iştirak etdikləri yarışlar, əldə etdikləri nəticələr və gələcək hədəfləri barədə məlumat veriblər.







Offside