4 iyun 2026. Cümə axşamı

Azərbaycan millisi Dünya Kubokunda qrup ikincisi oldu


  • Offside
  • 23:54 03.06.2026
  • Oxunma sayı: 29
Azərbaycan millisi Dünya Kubokunda qrup ikincisi oldu

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda qrup mərhələsinin son oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, yığmamız ev sahibi Polşa seçməsi ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada üstün oyun nümayiş etdirən Azərbaycan millisi rəqibini 20:13 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində komandamız qrup mərhələsini ikinci pillədə başa vuraraq növbəti mərhələyə yüksəlmə şansını qoruyub.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finala vəsiqə uğrunda pley-in mərhələsində D qrupunu üçüncü pillədə tamamlayan komanda ilə qarşılaşacaq.







Offside