4 iyun 2026. Cümə axşamı

Kişi voleybolçularımız Avropa Liqası öncəsi hazırlığı başa vurdu


  • Offside
  • 12:00 04.06.2026
  • Oxunma sayı: 35
Kişi voleybolçularımız Avropa Liqası öncəsi hazırlığı başa vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə iki yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.







Offside