4 iyun 2026. Cümə axşamı

Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı


  • Offside
  • 15:17 04.06.2026
  • Oxunma sayı: 42
Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev yığmaya 14 oyunçu dəvət edib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda rəqiblər İsveç və Estoniya milliləri olacaq.







Offside