- Offside
- 18:35 04.06.2026
İyunun 6-7-də Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz yarışda 7 çəki dərəcəsində 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Turnirdə Şəfəq Həmidova, Diana Tçkayeva (hər ikisi 48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Ülviyyə Bayramova, Gülnarə Bayramova (hər ikisi 57 kiloqram), Fidan Əlizadə (63 kiloqram), Aytac Qardaşxanlı, Südabə Ağayeva (hər ikisi 70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 35 ölkədən 261 idmançı qüvvəsini sınayacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də yer alacaq.