- Offside
- 23:52 04.06.2026
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti böyük uğura imza atıb.
90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma final görüşündə Ukrayna seçməsi ilə qarşılaşıb. “Tipos Arena”da keçirilən həlledici matçda Azərbaycan millisi rəqibini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionluğunu qazanıb.
Beləliklə, Azərbaycan minifutbol millisi tarixində ikinci dəfə qitənin ən güclüsü adını qazanıb. Yığmamız bundan əvvəl 2022-ci ildə də Avropa çempionu olmuşdu.