- Offside
- 22:33 05.06.2026
MLS rəhbərliyi gələn ay keçiriləcək ulduzlar matçında iştirak edəcək futbolçuların siyahısını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, liqanın rəsmi saytında dərc olunan heyətdə "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi də yer alıb.
MLS-in ulduzlardan ibarət komandası azarkeşlər, futbolçular və jurnalistlərin birgə səsverməsi əsasında formalaşdırılıb. Siyahıda həmçinin "Los-Anceles" klubunun cənubi koreyalı ulduzu Son Hın Min də yer alıb.
MLS ulduzları ənənəvi qarşılaşmada Meksikanın Liqa MX çempionatının seçmə komandasına qarşı mübarizə aparacaqlar. Görüş iyulun 29-da keçiriləcək.
Qeyd edək ki, Lionel Messi hazırda Argentina millisinin düşərgəsindədir və dünya çempionatına hazırlıqlarını davam etdirir.