6 iyun 2026. Şənbə

Serena Uilyams Berlin turnirində “wild card” aldı


  • Offside
  • 22:18 05.06.2026
  • Oxunma sayı: 39
Serena Uilyams Berlin turnirində “wild card” aldı

23 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olan, keçmiş dünya birincisi Serena Uilyams Almaniyanın Berlin şəhərində keçiriləcək WTA-500 kateqoriyalı turnirə “wild card” dəvəti alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi mətbuat xidməti məlumat yayıb.

44 yaşlı amerikalı tennis əfsanəsinin turnirdə iştirakı azarkeşlər arasında böyük maraq doğurub.

“Tennis ikonu geri qayıdır! Onu yenidən yaşıl kortlarda görməkdən məmnunuq”, - deyə yarışın təşkilatçılarının açıqlamasında bildirilir.

Hazırda Uilyamsın turnirdə tək və ya qoşa yarışda iştirak edəcəyi dəqiqləşməyib. Berlin turniri 15–21 iyun tarixlərində keçiriləcək.

Qeyd edək ki, Serena Uilyams daha əvvəl London WTA-500 turnirinin qoşa yarışında da iştirak edəcəyini açıqlamışdı. Onun son rəsmi matçı 2022-ci ildə ABŞ Açıq çempionatında olub.







Offside