6 iyun 2026. Şənbə

Azərbaycan trek velosipedi millisi Avropa çempionatına hazırlaşır


  • Offside
  • 11:00 05.06.2026
  • Oxunma sayı: 23
Azərbaycan trek velosipedi millisi Avropa çempionatına hazırlaşır

Trek velosipedi üzrə Azərbaycan milli komandası bu ilin iyul ayında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, yığma komanda yarışa baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərliyi altında hazırlaşır.

Hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi Slovakiyanın Presov şəhərində təşkil olunacaq “GP Presov” beynəlxalq turnirində də mübarizə aparacaq.

Komandanın heyətində Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıb.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında yüksək nəticələr əldə etməyi hədəfləyir.

 







Offside