6 iyun 2026. Şənbə

Bakıda aerobika və akrobatika gimnastikası üzrə beynəlxalq yarışlara start verilib


  • Offside
  • 12:08 05.06.2026
  • Oxunma sayı: 27
Bakıda aerobika və akrobatika gimnastikası üzrə beynəlxalq yarışlara start verilib

Bu gün Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib.

90deqiqe.Az xəbər verir ki,  yarışlar Milli Gimnastika Arenasında təşkil olunur.

Mükafatlar uğrunda Azərbaycanla yanaşı Avstraliya, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya və Özbəkistan təmsilçiləri mübarizə aparırlar.

Eyni zamanda, Milli Gimnastika Arenasında aerobika və akrobatika gimnastikası üzrə Dünya Kubokuna da start verilib.

Aerobika yarışlarında Azərbaycan, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna idmançıları çıxış edirlər.

Akrobatika gimnastikası üzrə yarışlarda isə Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna komandaları qüvvəsini sınayır.

Qeyd edək ki, hər iki yarışın qalibləri iyunun 7-də müəyyənləşəcək.







Offside