6 iyun 2026. Şənbə

Yeniyetmə cüdoçularımız Avropa çempionatına hazırlaşır


  • Offside
  • 13:39 05.06.2026
  • Oxunma sayı: 34
Yeniyetmə cüdoçularımız Avropa çempionatına hazırlaşır

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlığını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, hazırlığın növbəti mərhələsi Şamaxıda təşkil olunub. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de- Qran-Kanariya şəhərində keçiriləcək.







Offside