6 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan avarçəkəni Montemor-u-Velyuda yarışacaq


  • Offside
  • 17:27 05.06.2026
  • Oxunma sayı: 140
Azərbaycan avarçəkəni Montemor-u-Velyuda yarışacaq

İyunun 11–14-də Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi reqatada Azərbaycanı kanoe qayığında milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Xatırladaq ki, Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.







Offside