- Offside
- 23:35 05.06.2026
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasına məğlubiyyətlə başlayıb.
90deqiqe.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İsveç millisi ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş rəqibin 3:0 (25:19, 25:14, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı növbəti oyununu iyunun 7-də Estoniya yığmasına qarşı keçirəcək.