6 iyun 2026. Şənbə

Millimiz Litvanı məğlub edərək 1/4 finala çıxdı


  • Offside
  • 23:35 05.06.2026
  • Oxunma sayı: 32
Millimiz Litvanı məğlub edərək 1/4 finala çıxdı

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda növbəti uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, Play-in mərhələsində Litva yığması ilə qarşılaşan millimiz gərgin və əlavə vaxta qədər davam edən oyunda 14:12 hesabı ilə qələbə qazanıb.

Bu nəticə ilə Azərbaycan yığması Dünya Kubokunun 1/4 final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, millimiz növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 6-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.







Offside