- Offside
- 16:42 06.06.2026
Bu gün veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.
90deqiqe.Az xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparır.
Çempionatda kişilər 40-49, 50-59, 60-69, eləcə də 70 və yuxarı yaş qruplarında, qadınlar isə 40 yaşdan yuxarı kateqoriyada qüvvələrini sınayırlar.
İki gün davam edəcək yarışda iştirakçılar fərdi bacarıqlarını nümayiş etdirərək ölkə çempionu adı uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, veteranlar arasında Azərbaycan çempionatına iyunun 7-də yekun vurulacaq.