6 iyun 2026. Şənbə

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi açıqlanıb


  • Offside
  • 16:42 06.06.2026
  • Oxunma sayı: 43
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi açıqlanıb

Bakıda təşkil olunacaq çövkən üzrə dünya çempionatının oyun cədvəli müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, iyunun 7-dən 13-dək davam edəcək mundialın qrup mərhələsinin görüşləri iyunun 7-11-də keçiriləcək.

Turnirin yarımfinal qarşılaşmaları iyunun 12-də baş tutacaq. Çempionun adına aydınlıq gətirəcək final oyunu və üçüncü yer uğrunda görüş isə iyunun 13-nə təsadüf edəcək.

Dünya çempionatında iştirak edəcək 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yığmaları yer alıb. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.







Offside