25 sentyabr 2026. Cümə

Millimiz Avropa Liqasına məğlubiyyətlə başladı


  • Offside
  • 21:00 06.06.2026
  • Oxunma sayı: 146
Millimiz Avropa Liqasına məğlubiyyətlə başladı

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasındakı ilk oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi yığma İsveçdə təşkil olunan turnirdə Yunanıstan millisi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş rəqib komandanın 3:0 (25:20, 25:22, 25:7) hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan millisi Avropa Liqasına məğlubiyyətlə start verib.

Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu iyunun 7-də ev sahibi İsveç millisinə qarşı keçirəcək.







Offside