- Offside
- 21:54 06.06.2026
Estoniyanın paytaxtı Tallində keçirilən böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü iki medalla başa vurub.
90deqiqe.Az xəbər verir ki, yığmanın üzvü Fidan Əlizadə 63 kiloqram çəki dərəcəsində uğurlu çıxışı ilə gümüş medal qazanıb.
+78 kiloqram çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova isə turniri bürünc medalla başa vuraraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan millisi yarışın ilk gününü bir gümüş və bir bürünc medalla tamamlayıb.
Qeyd edək ki, Avropa Açıq Turnirinin ikinci yarış günündə daha beş qadın cüdoçumuz tatamiyə çıxaraq medal uğrunda mübarizə aparacaq.