22 iyul 2026. Çərşənbə

Azərbaycan yığması Almaniyanı məğlub edərək yarımfinala çıxıb


  • Offside
  • 21:54 06.06.2026
  • Oxunma sayı: 111
Azərbaycan yığması Almaniyanı məğlub edərək yarımfinala çıxıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda tarixi uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma 1/4 final mərhələsində Almaniya millisi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan komandası rəqibini 18:16 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Millimiz finala gedən yolda növbəti mərhələdə Fransa – ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Kubokunun yarımfinal və final qarşılaşmaları iyunun 7-də keçiriləcək.







Offside