- Offside
- 21:57 07.06.2026
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin iyunun 7-dən 14-dək Gəncədə keçiriləcək təlim-məşq toplanışına cəlb olunan oyunçuların siyahısı müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə 14 basketbolçu dəvət edib.
Toplanışa Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz çağırılıblar.
Gəncədə təşkil olunacaq hazırlıq prosesi Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək EuroBasket-in ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər. Bu isə gənc basketbolçuların milli komanda mühitində təcrübə qazanmasına və yığmalar arasında koordinasiyanın gücləndirilməsinə imkan yaradacaq.