- Offside
- 22:56 07.06.2026
Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət milli komanda uğurlu çıxışı ilə bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adını əldə edib.
Gimnastlarımız Dünya Kubokunun qızıl medallarına sahib çıxmaqla yanaşı, yarışın ənənəvi mükafatı olan "AGF Trophy" kubokunu da qazanıblar.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə Dünya Kuboku iyunun 5-dən 7-dək Bakıda, Milli Gimnastika Arenasında keçirilib. Yarışda müxtəlif ölkələrdən olan idmançılar mübarizə aparıblar.