7 iyun 2026. Bazar günü

Azərbaycan millisi çövkən üzrə dünya çempionatına qələbə ilə başladı


  • Offside
  • 19:15 07.06.2026
  • Oxunma sayı: 35
Azərbaycan millisi çövkən üzrə dünya çempionatına qələbə ilə başladı

Bakıda keçirilən çövkən üzrə II dünya çempionatında Azərbaycan milli komandası ilk oyununu qələbə ilə başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yarışın açılış görüşündə Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gəlib. Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada milli komandamız üstün oyun nümayiş etdirərək rəqibini 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan millisi doğma meydanda təşkil olunan II dünya çempionatına uğurlu nəticə ilə start verərək turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi çövkən üzrə dünya çempionatında müxtəlif ölkələrin milli komandaları çempionluq uğrunda mübarizə aparırlar.







Offside