- Offside
- 22:56 07.06.2026
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçiriblər.
90deqiqe.Az xəbər verir ki, tədbir Qənimətlər Parkının qarşısında təşkil olunub. Yüzlərlə azarkeş Avropa çempionlarını qarşılamaq üçün əraziyə toplaşıb və milli komandanı böyük coşqu ilə qarşılayıb.
Görüş zamanı yığma üzvləri azarkeşlərlə səmimi ünsiyyət qurub, onların suallarını cavablandırıb və göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları çempion futbolçuları alqışlarla müşayiət edərək tarixi uğuru birlikdə qeyd ediblər.
Daha sonra milli komanda üçün ayrılmış xüsusi avtobusla şəhər turu təşkil olunub. Marşrut boyunca paytaxt sakinləri və şəhərin qonaqları futbolçuları salamlayaraq Avropa çempionluğu münasibətilə təbriklərini çatdırıblar.
Xatırladaq ki, Azərbaycan millisi minifutbol üzrə Avropa çempionatının final görüşündə Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixində növbəti möhtəşəm uğura imza atıb.