7 iyun 2026. Bazar günü

Azərbaycan millisi Avropa Liqasında ilk qələbəsini qazandı


  • Offside
  • 19:29 07.06.2026
  • Oxunma sayı: 40
Azərbaycan millisi Avropa Liqasında ilk qələbəsini qazandı

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa Liqasında növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi yığma Estoniya seçməsi ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin üstünlüyü şəraitində keçib. Komandamız rəqibini 3:0 (25:15, 25:14, 25:20) hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

Voleybolçularımız hər üç setdə inamlı oyun nümayiş etdirərək Estoniya yığmasına ciddi şans verməyiblər və qarşılaşmanı quru hesabla başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk matçında İsveç yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu. Estoniya üzərində qazanılan qələbə isə komandaya turnirdə vacib xallar qazandırıb.







Offside