7 iyun 2026. Bazar günü

Azərbaycan millisi Avropa Liqasında İsveçə uduzdu


  • Offside
  • 19:42 07.06.2026
  • Oxunma sayı: 35
Azərbaycan millisi Avropa Liqasında İsveçə uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi yığma İsveç seçməsi ilə üz-üzə gəlib.

İsveçin Lund şəhərində keçirilən qarşılaşmada meydan sahibləri üstün oyun nümayiş etdirərək 3:0 (25:14, 25:17, 25:20) hesablı qələbə qazanıblar.

Azərbaycan millisi görüş ərzində rəqibin təzyiqi qarşısında istədiyi oyunu sərgiləyə bilməyib və hər üç setdə məğlub olub.

Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk matçında da Yunanıstan seçməsinə 0:3 hesabı ilə uduzub. Beləliklə, Azərbaycan millisi turnirdə keçirdiyi ilk iki oyundan xalsız ayrılıb.







Offside