7 iyun 2026. Bazar günü

Azərbaycan cüdoçuları Tallində 3 medal qazandılar


  • Offside
  • 20:15 07.06.2026
  • Oxunma sayı: 36
Azərbaycan cüdoçuları Tallində 3 medal qazandılar

Azərbaycanın cüdo üzrə milli komandası Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini üç medalla başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Yarışın son günündə Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanaraq yığmamızın mükafatçılar sırasına daha bir uğur əlavə edib. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda qarşılaşmada Böyük Britaniya təmsilçisi Keytlin Barber üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medala sahib çıxmışdı.

Beləliklə, Azərbaycan millisi Tallində təşkil olunan Avropa Açıq Turnirini bir gümüş və iki bürünc olmaqla ümumilikdə üç medalla başa vurub.







Offside