7 iyun 2026. Bazar günü

Azərbaycan 3x3 millisi ABŞ səddini aşa bilmədi


  • Offside
  • 20:29 07.06.2026
  • Oxunma sayı: 35
Azərbaycan 3x3 millisi ABŞ səddini aşa bilmədi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda yarımfinal mərhələsində mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv ABŞ yığması ilə qarşılaşıb.

Gərgin və dramatik keçən görüşdə milli komandamız rəqibinə minimal fərqlə 18:19 hesabı ilə məğlub olaraq finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə A qrupunda mübarizəyə başlayıb. Komanda qrup mərhələsində Madaqaskarı 21:13, Çexiyanı 14:11, Polşanı isə 20:13 hesabı ilə məğlub edib, Niderlanda 13:19 hesabı ilə uduzub.

Pley-in mərhələsində Litva (14:12), 1/4 finalda isə Almaniya (18:16) üzərində qələbə qazanan yığma yarımfinala qədər yüksəlməyi bacarmışdı.







Offside