- Offside
- 23:58 07.06.2026
Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları yüksək nəticələr əldə ediblər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları kişilər arasında voleybol və basketbol turnirlərində bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. FHN əməkdaşı Əli Bayramov isə stolüstü tennis yarışlarında bürünc medala sahib çıxıb.
SOCAR-ın minifutbol komandası 54 komandanın mübarizə apardığı turnirin finalında Mərakeşi təmsil edən rəqibini 1:0 hesabı ilə məğlub edərək III Dünya Korporativ Oyunlarının qalibi olub.
Şahmat yarışlarında isə Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev uğurlu çıxış edərək qızıl medal qazanıb və ölkəmizin aktivinə daha bir birinci yeri əlavə edib.
Beləliklə, Azərbaycan təmsilçiləri Mərakeşdə keçirilən yarışları bir neçə qızıl və bürünc medal ilə başa vurublar.