7 iyun 2026. Bazar günü

Çövkən üzrə 2-ci Dünya Çempionatında növbəti oyunlar baş tutub


  • Offside
  • 21:48 07.06.2026
  • Oxunma sayı: 44
Çövkən üzrə 2-ci Dünya Çempionatında növbəti oyunlar baş tutub

Bakıda keçirilən çövkən üzrə II dünya çempionatında növbəti oyunlar baş tutub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Günün ilk qarşılaşmasında Türkiyə və Polşa milli komandaları üz-üzə gəlib. Görüş Polşa yığmasının üstünlüyü ilə keçib və komanda 3:0 hesablı qələbə qazanıb.

Günün digər oyununda isə Nigeriya və Uruqvay milliləri qarşılaşıb. Bu görüşdə Uruqvay yığması 2:0 hesabı ilə qalib gələrək turnirdə ilk qələbəsini əldə edib.

Beləliklə, Polşa və Uruqvay milli komandaları çövkən üzrə II dünya çempionatında ilk qələbələrini qazanıblar.

Qeyd edək ki, turnirin əvvəlki günündə Azərbaycan millisi Özbəkistan üzərində 4:2 hesablı qələbə qazanaraq çempionata uğurlu start vermişdi.







Offside