7 iyun 2026. Bazar günü

Sabir Zeynalov Almaniyada “Prezident Kuboku”nun qalibi olub


  • Offside
  • 21:57 07.06.2026
  • Oxunma sayı: 36
Sabir Zeynalov Almaniyada “Prezident Kuboku”nun qalibi olub

Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə “Prezident Kuboku” turnirində Azərbaycan paralimpiyaçısı Sabir Zeynalov (58 kiloqram) növbəti uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, 20 yaşlı idmançı yarımfinal mərhələsində Türkiyə təmsilçisi Hamza Tarhan üzərində qələbə qazanıb. Finalda isə rusiyalı Asxat Akmatovu məğlub edən Zeynalov turnirin qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, Sabir Zeynalov cəmi üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən Qran-pridə də qızıl medal qazanmışdı. Beləliklə, gənc paralimpiyaçı qısa müddətdə ardıcıl iki beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.







Offside