8 iyun 2026. Bazar ertəsi

MOK-da “Təhlükəsiz İdman” proqramına yekun vurulub


  • Offside
  • 22:56 07.06.2026
  • Oxunma sayı: 25
MOK-da “Təhlükəsiz İdman” proqramına yekun vurulub

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) milli idman federasiyalarının nümayəndələri üçün təşkil etdiyi “Təhlükəsiz İdman” proqramına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, proqram çərçivəsində iştirakçılara təhlükəsiz idman siyasəti, hesabatlılıq mexanizmləri, hadisələrin araşdırılması və müdafiə tədbirləri ilə bağlı həm nəzəri, həm də praktiki biliklər təqdim olunub.

Tədbirin sonunda milli idman federasiyalarının “Təhlükəsiz İdman” üzrə məsul şəxslərinə sertifikatlar təqdim edilib. Təltifetmə mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Təhlükəsiz İdman” Komissiyasının üzvləri Elgün Səfərov, Xəzər İsayev və Fəridə Əzizova iştirak ediblər.

Sertifikatla təltif olunanlar sırasında Azərbaycan Velosiped İdmanı Federasiyasının İdman şöbəsinin məsləhətçisi Vüsal Baloğlanov da yer alıb.

Qeyd edək ki, proqramın məqsədi idmanda təhlükəsiz mühitin gücləndirilməsi, etik prinsiplərin təşviqi və idarəetmədə şəffaflıq mexanizmlərinin inkişaf etdirilməsidir.







Offside