8 iyun 2026. Bazar ertəsi

Zverev "Rolan Qarros"un qalibi oldu


  • Offside
  • 23:56 07.06.2026
  • Oxunma sayı: 32
Zverev "Rolan Qarros"un qalibi oldu

Almaniyalı tennisçi Aleksandr Zverev karyerasında ilk dəfə "Rolan Qarros" turnirinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan tennisçi Fransa Açıq Çempionatının finalında italiyalı Flavio Kobollini məğlub edərək çempionluğa yiyələnib.

4 saat 16 dəqiqə davam edən həlledici qarşılaşmada Zverev rəqibini 6:1, 4:6, 6:4, 6:7 (5:7), 6:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu titul Zverevin karyerasında ilk "Rolan Qarros" zəfəri olub. O, daha əvvəl üç dəfə belə turnirlərin finalında məğlubiyyətlə üzləşmişdi.

Bundan başqa, Zverev son 30 ildə kişilərin tək oyunlu yarışında "Rolan Qarros"  titulunu qazanan ilk alman tennisçi kimi tarixə düşüb.







Offside