- Offside
- 23:58 07.06.2026
Almaniyalı tennisçi Aleksandr Zverev karyerasının ilk "Rolan Qarros" titulunu qazanmasının ardından emosional açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən Zverev Paris kortlarının onun həyatı ilə xüsusi bağlılığı olduğunu bildirib.
"Bu kort mənim üçün çox özəldir. Həyatımın ən gözəl anları da, ən ağır günü də burada yaşanıb. Dörd il əvvəl məhz bu kortda iki sınıq və yeddi qopmuş bağla mübarizə aparırdım. İki il əvvəl isə burada "Rolan Qarros" finalını uduzdum. Amma indi hər şey xoş sonluqla bitdi.
Biz zədələrdən keçdik, ağır məyusluqlar yaşadıq, vacib məqamlarda məğlub olduq. Lakin sonda "Rolan Qarros" çempionu olmağı bacardıq", - deyə Zverev bildirib.
Qeyd edək ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan tennisçi Fransa Açıq Çempionatının finalında italiyalı Flavio Kobollini 6:1, 4:6, 6:4, 6:7 (5:7), 6:1 hesabı ilə məğlub edərək çempion olub.Bu qələbə alman tennisçinin peşəkar karyerasında ilk "Rolan Qarros" titulu kimi tarixə düşüb.