- Offside
- 22:57 08.06.2026
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında keçirilən beynəlxalq "ITF Juniors – J60 Baku" tennis turniri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral status altında çıxış edən tennisçilər mübarizə aparıblar.
Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak bütün rəqiblərini geridə qoyaraq çempion olub. Samuel Şifano isə turniri ikinci pillədə başa vurub.
Qızların fərdi mübarizəsində Polina Kaşitsuna qalib adını qazanıb. Leyla Şahmuradova isə gümüş medala sahib çıxıb.
Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Aleksandr Burmakin və Mert Efe Zaim tandemi isə ikinci yeri tutub.
Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion olublar. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə yarışı ikinci sırada tamamlayıb.
Turnirin qalibləri və mükafatçıları gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli tərəfindən mükafatlandırılıblar.