8 iyun 2026. Bazar ertəsi

Şəhriyar Məmmədyarov "UzChess Cup"a qələbə ilə başladı


  • Offside
  • 10:34 08.06.2026
  • Oxunma sayı: 46
Şəhriyar Məmmədyarov "UzChess Cup"a qələbə ilə başladı

Azərbaycanın aparıcı şahmatçılarından olan Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən ənənəvi beynəlxalq "UzChess Cup" turnirində ilk görüşünü qələbə ilə başa vurub.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, "Masters" qrupunda mübarizə aparan təcrübəli qrossmeyster birinci turda Hindistan təmsilçisi Vidit Santoş Gujrathi ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada üstün oyun nümayiş etdirən Məmmədyarov rəqibini məğlub edərək yarışa uğurlu start verib.

Turnirin "Challenge" bölməsində isə Azərbaycanı Eltac Səfərli və Məhəmməd Muradlı təmsil edirlər. Hər iki şahmatçının ilk tur qarşılaşmaları bu gün keçiriləcək.

Qeyd edək ki, altı ölkədən şahmatçıların qatıldığı nüfuzlu beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq. Yarışın sonuna qədər iştirakçılar müxtəlif qruplar üzrə qalib adı uğrunda mübarizəni davam etdirəcəklər.







Offside