- Offside
- 22:57 08.06.2026
Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə məşqçilik seminarı təşkil olunub.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasından (ATF) bildirilib.
Seminar ATF-nin texniki direktoru Oh Kvanq Çeol tərəfindən keçirilib. 43 nəfərin qatıldığı seminarın məqsədi məşqçilərin peşəkar səviyyəsinin artırılması olub.
Seminarda ATF-nin baş katibi Aygül Abdullayeva da iştirak edib.