8 iyun 2026. Bazar ertəsi

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 3 qızıl medalla başa vurublar


  • Offside
  • 15:17 08.06.2026
  • Oxunma sayı: 42
Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 3 qızıl medalla başa vurublar

Milli Gimnastika Arenasında təşkil olunan akrobatika və aerobika gimnastikası üzrə FIG Dünya Kuboku və AGF Trophy yarışlarında Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

90deqiqe.Az xəbər verir ki, üç gün davam edən yarışlarda 14 ölkədən 220-yə yaxın idmançı Dünya Kubokunda, 10 ölkədən 150-dən çox gimnast isə AGF Trophy kuboku uğrunda mübarizə aparıb.

Dünya Kubokunda Azərbaycan millisinin qadın qrupu — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 29.300 xalla bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.

AGF Trophy yarışlarında isə akrobatika və aerobika üzrə bir sıra gimnastlarımız fərqləniblər. Aerobika gimnastikası üzrə kişilərin fərdi proqramında Anton Kolobov, qadınlarda Anastasiya Dmitriyeva, qarışıq cütlüklərdə Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), eləcə də akrobatika gimnastikası üzrə qadın qrupumuz — Bashiri, Rəşidova və Zeyniyeva ən yüksək icra xallarını toplayaraq kuboka layiq görülüblər.

Beynəlxalq turnirdə Azərbaycan gimnastları müxtəlif proqramlarda ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Yeniyetmələr arasında qarışıq cütlüklərdə Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal əldə edib. Həmin proqramda Səma Hacızadə və Arif Məmmədzadə gümüş medala sahib çıxıblar. Fərdi yarışlarda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.

“Üçlük” proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə, eləcə də qrup hərəkətlərində çıxış edən komandalar bürünc medala layiq görülüblər.

Gənclər kateqoriyasında isə Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova komandası da bürünc medal qazanaraq Azərbaycan yığmasının uğurlarını tamamlayıb.







Offside