8 iyun 2026. Bazar ertəsi

Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq


  • Offside
  • 15:19 08.06.2026
  • Oxunma sayı: 40
Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan təmsilçisi Tatyana Smilovenko Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatında iştirak edəcək.

Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-verilən məlumata görə, yarış iyunun 11–14-də baş tutacaq. Milli komandanın üzvü turnirdə kanoe qayığında mübarizə aparacaq.

Qeyd edək ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanaraq uğurlu nəticəyə imza atıb.







Offside